ABŞ Venesuelaya qarşı güc tətbiqinə icazə verdi

media-hightechnic-468x90

ABŞ Prezidenti Donald Tramp Venesueladan narkotik ticarətini dayandırmaq üçün “Amerikanın bütün gücündən” istifadə etməyə hazırdır.

Yenicag.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt keçirdiyi brifinqdə bildirib.

“Deyə bilərəm ki, Karib hövzəsinin bir çox ölkələri və digər ölkələr artıq administrasiyanın narkotiklərlə mübarizə əməliyyatlarını alqışlayıb”, – o deyib.

Bu yolla o, Trampın Venesuelaya zərbə endirmək üçün ABŞ hərbi gücündən istifadə etməyə icazə verib-verməməsi sualını cavablandırıb.

Bundan əvvəl “Financial Times” ABŞ Hərbi Dəniz Qüvvələrinin Venesuela sahillərinə 8 döyüş gəmisi göndərdiyini yazıb. Nəşrin məlumatına görə, gəmilərin göyərtəsində bir neçə min amerikalı hərbçi var.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 28.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa