ABŞ-yə viza rüsumları kəskin artırıldı

media-hightechnic-468x90

ABŞ oktyabrın 1-dən etibarən viza rüsumlarını əhəmiyyətli dərəcədə artırıb.

Yenicag.az xəbər verir ki, turist vizası üçün müraciət haqqı 135 faiz artaraq 185 dollardan 435 dollara yüksəlib.

Konqresin Büdcə Ofisi yeni ödənişlərlə illik 2,7 milyard dollar əlavə gəlir əldə etməyi hədəfləsə də, turizm sektorunun nümayəndələri 29 milyard dollara qədər itki gözləyir.

Bundan başqa tələbə və mübadilə proqramı vizaları (F, J, M) və iş vizaları (H-1B, L-1, O-1) daxil olmaqla bir çox kateqoriyalar da əlavə ödəniş artımından təsirlənəcək.

Bununla da ABŞ viza rüsumları dünyanın ən bahalı rüsumlarından biri olub./Apa/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa