Amerika Birləşmiş Ştatları yüklərin Ağdam-Xankəndi və Laçın-Xankəndi yolları ilə eyni vaxtda keçməsini alqışlayır və bunu irəliyə doğru mühüm addım hesab edir.
Yenicag.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin bəyanatında deyilir.
Onun sözlərinə görə, ABŞ layiqli və davamlı sülhə nail olmaq üçün Azərbaycan və Ermənistanın səylərini dəstəkləyir.
Qeyd edək ki, sentyabrın 18-də Ağdam-Xankəndi və Laçın-Xankəndi yolundan Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) yük avtomobilləri keçib.
Belə ki, Qarabağdakı qanunsuz rejim BQXK-nin Xankəndi ofisinin və Rusiya sülhməramlılarının komandanlığının birgə təklifini qəbul edib. Bu da onların Azərbaycanın şərtlərinə tabe olduğunu göstərir.
www.yenicag.az