Abşeronda 35 yaşlı kişi qətlə yetirilib. Hadisədən sonra qayınata könüllü polisə təslim olub.
Yenicag.az-ın Xezerxeber.az-a istinadən məlumatına görə, Saray qəsəbəsi, Heydər Əliyev prospektində Elvin Ələkbərovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırma zamanı 49 yaşlı Tayır Tayırovun aralarında yaranmış mübahisə zamanı qohumu Elvin Ələkbərova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Mərhumun qonşusu Anar Fərəcov bildirir ki, hər iki ailədə bu günə kimi söz – söhbətin olduğunu eşitməyiblər. Bu yaxınlarda isə mərhum Elvin Ələkbərov öz bacısına xeyir iş edib. Qonşu kimi çox yaxşı insan olub.
Faktla bağlı rayon prokurorluğunda qəsdən adam öldürmə maddəsilə cinayət işi başlanıb.
Tayır Tayırov könüllü olaraq istintaqa təslim olub və iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
www.yenicag.az