Abşeronda dəhşətli qəza: Xəsarət alanlar var 

media-hightechnic-468x90

Abşeron rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə rayonun Mehdiabad qəsəbəsində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1972-ci il təvəllüdlü Məmmədova Məryəm Rüstəm qızı, 1994-cü il təvəllüdlü Kələntərov Nəriman Rüstəm oğlu, 1971-ci il təvəllüdlü Kələntərova Ləman Rizvan qızı, 1997-ci il təvəllüdlü Mirinova Alina Konstantin qızı və 2003-cü il təvəllüdlü Səlimov Ruslan Füzuli oğlu xəsarət alıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa