Abşeronda ölümlə nəticələnən yol qəzası
Abşeron rayonunda ölümlə nəticələnən daha bir yol qəzası baş verib.
Hadisə mayın 5-də saat 21 radələrində Abşeron rayonu Saray qəsəbəsinin ərazisində qeydə alınıb. Babək rayon sakini Elnur Bayramov idarə etdiyi “Pajero” markalı avtomobili yolun kənarındakı ağaca vurub.
E.Bayramovun sərnişinləri – Sumqayıt şəhər sakinləri Elxan Verdiyev, Kazım Kazımov və Samir Qubadov xəstəxanaya yerləşdirilib.
K.Kazımov və E.Verdiyev xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır(apa).