Abşeron rayonu, Ceyranbatan qəsəbəsi 2 nömrəli tam orta məktəbində şagird sıxlığı yaşandığından dərslər yaxınlıqda olan tibb məntəqəsinin ambulator korpusunda keçirilir.
Xezerxeber.az-ın məlumatına görə, həmin korpusda isə istilik problemi yaşanır.
Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan Ceyrabatan qəsəbəsi 2 nömrəli tam orta məktəbi 2006-cı ildə tikilərək istifadəyə verilib.
240 yerlik məktəbdə 960 şagird təhsil alır. Dərslər 5 növbəyə bölünməklə keçilir.
Valideynlər məktəbdə şagird sıxlığından narahatdırlar.
Məsələdən Abşeron-Xızı Regional Təhsil İdarəsi də xəbərdardır.
Təhsil idarəsindən bildirilib ki, ambulator korpusda yaşanan istilik problemi yaxın günlərdə aradan qaldırılacaq.
Daha ətraflı süjetdə:
www.yenicag.az