!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Abşeronda tank əleyhinə minalar aşkarlandı

!Adviad

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonunun Qobustan kəndi yaxınlığında sursat aşkar olunması barədə məlumat daxil olub.

FHN-dən Yenicag.az-a verilən məlumata görə, qurumun Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) pirotexniki işlər üzrə mütəxəssisləri qeyd olunan əraziyə cəlb olunub.

Pirotexniklər polis əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri həyata keçirdikdən sonra aşkar olunan sursatlara baxış keçiriblər. Müəyyən olub ki, bu, 2 ədəd tank əleyhinə TM-62M təlim minasıdır.

Sursatlar mütəxəssislər tərəfindən müvafiq qaydada götürülüb.

www.yenicag.az

207
Ads
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100