!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Abutalıbovun basdırdığı "mina" 26 il sonra PARTLADI: Məhkəmə kimi haqlı çıxaracaq?

!Reklam – Yazi

Bakının Suraxanı rayonunda yerləşən “Antalya” restoranının sahibi və mühafizəçilərini döyən mərhum iş adamının oğluna hökm oxunub.

Yenicag.az xəbər verir ki, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan-Türkan yolunda yerləşən “Antalya” restoranının çimərlik hissəsindəki 200×50 metr ölçülü əraziyə görə baş verib.
Belə ki, həmin ərazi 1998-ci ildə Suraxanı İcra Hakimiyyətinin sabiq başçısı olan, sonradan uzun illər Bakı Şəhər İcra Hakimiyyətinə başçılıq edən Hacıbala Abutalıbovun 23 iyul 1998-ci il tarixli 1221 saylı sərəncamı ilə sahibkar Hacımurad Rzayevə hədiyyə edilib. Hacıbala Abutalıbov bunun əvəzində sahibkardan Hövsan qəsəbəsindəki çimərliyin bir hissəsini abadlaşdırmağı xahiş edib.
Sərəncamın qərar verilmiş hissəsinə əsasən, Hövsan Bağları sahəsinin şimal hissəsində dənizkənarı sahədə 200×50 metr ölçüdə torpaq sahəsini abadlaşdırmaq və əhalinin rahatlığını təmin etmək üçün təqdim olunmuş çizgi əsasında təhkim olunub. Həmçinin sahədə kapital tikintinin aparılmasının qadağan edilməsi, Hacımurad Rzayevə çimərlikdə göstərilən bütün xidmət növlərinin pulsuz olması tapşırılıb. İş adam həmin ərazidə sahibkarlıq fəaliyyəti ilə məşğul olub, ərazidə kafe, mağaza, o cümlədən turistlər üçün kiçik qayıqlar fəaliyyət göstərib.
Hacıbala Abutalıbov icra başçısı vəzifəsindən getdikdən sonra qanuni təmsilçisi Mehdiyev Qalib Tücarət oğlu olan “Mars-M” Çoxsahəli Kommersiya Firması tərəfindən “Antalya” restoranı tikilib. 2019-cu ildə həmin ərazidə olan obyektlər də sökülərək restoranın ərzisinə daxil edilib.
Bundan sonra Hacımurad Rzayev ilə “Mars-M” şirkəti arasında mübahisələr baş verib. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə “Antalya” restoranın qarşısındakı 50×200 metr ərazidəki çimərlik sahəsi möhürlənməklə, mübahisə tərəflərinin istifadəsinə qadağa qoyulub.
20 avqust 2021-ci il tarixdə Hacımurad Rzayevin vəfatından sonra şirkətin qeyri-rəsmi sahibi Qadir Mehdiyev sözügedən ərazini mərhum iş adamından aldığını iddia edib. Hacımurad Rzayevin oğlu, 1984-cü il təvəllüdlü Samir Rzayev ərazidə məhkəmənin qərarı pozularaq Qadir Mehdiyev tərəfindən iş aparıldığını görüb. O, qardaşları Zaur Rzayev və Əlifağa Rzayev ilə əraziyə gedərək, “Mars-M” şirkətinin sahibi Qadir Mehdiyev ilə mübahisə edib. Samir Rzayev əvvəllər hüquq-mühafizə orqanlarında çalışmış və hazırda təqaüddə olan Qadir Mehdiyev və restoranın mühafizəçilərini döyüb.
Mərhum iş adamının oğlu iki gün həbsdə saxlanıldıqdan sonra barəsində Cinayət Məcəlləsinin 128 və 221.3-cü maddələri cinayət işi açılıb və iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə Samir Rzayevə 9 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Təqsirləndirilən şəxsin üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək vəzifəsi qoyulub. /qaynarinfo
COP29

www.yenicag.az

180
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv