Reklam

Reklam

Macarıstanın Sombathey şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir.

Yeniçağ.Az  Azərbaycan Güləş Federasiyasının saytına istinadən xəbər verir ki, dördüncü yarış günündə 53, 58, 63 və 75 kq çəkidə qadın güləşçilər mübarizə aparırlar. Güləşçilərimiz 3 çəkidə təmsil olunur.

53 kq-da mübarizə aparan Leyla Qurbanova Almaniya, Polşa və Moldovadan olan rəqiblərini mübarizədən kənarlaşdırıb və finala yüksəlib. Finalda güləşçimizin rəqibi Ukrayna idmançısı olacaq.

58 kq çəkidə yarışan Alyona Kolesnik isə Polşa və Rusiyadan olan rəqiblərini tam üstünlüklə məğlub etsə də, yarımfinalda təcrübəli Ukrayna idmançısına uduzub. Güləşçimiz bürünc medal uğrunda görüşə haqq qazanıb.

Final görüşləri Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

53 kq

FİNAL – Lilya Horişna (Ukrayna) – Leyla Qurbanova
1/2 final – Leyla Qurbanova – Yulia Leorda (Moldova) 12:2
1/4 final – Paula Kozlov (Polşa) – Leyla Qurbanova 1:3
1/8 final – Leyla Qurbanova – Annika Vendle (Almaniya) 13:2 (tuşe)

58 kq

Bürünc medal görüşü – Alyona Kolesnik
1/2 final – Tetyana Kit (Ukrayna) – Alyona Kolesnik 5:2
1/4 final – Veronika Çumikova (Rusiya) – Alyona Kolesnik 0:6 (tuşe)
1/8 final – Katarzina Madrovska (Polşa) – Alyona Kolesnik 0:10

63 kq

Təsəlliverici görüş – Yuliana Yaneva (Bolqarıstan) – Elmira Qəmbərova 7:6
1/4 final – Petra Olli (Finlandiya) – Elmira Qəmbərova 5:2
1/8 final – Elmira Qəmbərova – Natalia Gizela Kubati (Polşa) 5:0 (tuşe)

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 63
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.