Açılmayan teatrlara susan RƏSMİ QURUMLAR - Xalq artistindən SƏRT ETİRAZ

media-hightechnic-468x90

“Bizim yalnız bir yolumuz var, teatr və kino xadimləri olaraq dövlət başçımıza, möhtərəm prezidentə müraciət edək”.

Yenicag.az xəbər verir ki, tanınmış aktyor, Xalq artisti Vidadi Həsənov pandemiya səbəbindən bağlı qalan teatrların açılması üçün sənət adamlarının ölkə başçısına müraciət edəcəklərini bildirib.

Aktyor artıq çıxış yolu görmədiyini bildirib:

“Çıxış yolu yoxdur. Yazdıq, müsahibələr verdik, müraciətlər etdik, etiraz səsimizi ucaltdıq. Əfsuslar olsun ki, nə eşidən oldu, nə də “hə-yox” deyən.

Cavabdeh strukturların qeyri-müəyyən açıqlamalarını daha nə qədər eşitmək olar. Artıq yetər. Bizim yalnız bir yolumuz var, teatr və kino xadimləri olaraq dövlət başçımıza, möhtərəm prezidentə müraciət edək”.

Sənət dostları da onun çağırışına müsbət reaksiya verib.

Qeyd edək ki, bir müddət öncə Vidadi Həsənov müsahibəsində teatrların açılması üçün Mədəniyyət Nazirliyinə və Operativ Qərargaha müraciət etsə də, məhəl qoyulmayıb.

Cəvahir

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa