“Açıq Qapı” gününün qalibləri bəlli olub

media-hightechnic-468x90

10258292_734586759927916_2134738171395093851_n (1)Azərbaycan Fotoqraflar Birliyinin Xətai İncəsənət Mərkəzində təşkil etdiyi “Açıq Qapı” günü toplantısına 27 Sentyabr 2014-cü il tarixində yekun vuruldu. Toplantıda “Say Cheese!” layihəsinin iştirakçıları olmuş fotoqrafların – Natavan Vahabova, Araz Adiloğlu, Azad Bağırov, Gülnarə Səlimova və Mirnaib Həsənoğlunun layihə ilə bağlı təqdimatı oldu. Sentyabr ayı üçün nəzərdə tutulmuş “Dialoq” adlı fotomüsabiqəsinin nəticələri də toplantıda açıqlandı.Münsiflər heyəti Asim Talıb,Etibar Məmmədov,Elşən Ocaqverdiyev təqdim olunan fotoları secdilər. Qeyd edək ki, müsabiqə Xətai İncəsənət Mərkəzi ilə Azərbaycan Fotoqraflar Birliyinin birgə layihəsi idi. Ümumilikdə müsabiqəyə 32 fotoqrafdan 95 foto qəbul edilmişdi.Təqdim olunan fotolardan müsabiqənin şərtlərinə əməl olunmadığı üçün 9 müəllifin fotoları müsabiqəyə buraxılmadı. Onlardan 3 nəfər – Azad Bağırov , Eynullayev Nemat və Məhəmməd İsmayılov isə müsabiqənin ən yaxşı mükafatına layiq görüldülər.. Müsabiqədə yer tutan qaliblər və iştirakçılar sertifikatlarla təltif olundular. Oktyabr ayı üçün yeni foto müsabiqə “Ailə” mövzusunda olacaq. Müsabiqənin ideyası Rauf Umudova aiddir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600