“Azərbaycan Prezidenti, cənab Ali Baş Komandana və onun xanımı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya eşq olsun. Onlar Tovuzda təmas xəttində döyüşlər getdiyi ilk gündən bu hadisələri yaxından izləyiblər, xalqımızın yanında olublar”.
Oxu.Az-ın cəbhə xəttinə ezam olunan müxbirləri xəbər verir ki, bunu Tovuzun Ağdam kəndinə gələn Mİlli Məclis sədrinin müavini Adil Əliyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Azərbaycan bir neçə istiqamətdə savaş aparır.
“Dövlət koronavirusla mübarizə aparsın, yoxsa içərimizdə olan viruslarla savaş aparsın?”, – deyə o əlavə edib.
Vitse-spikerin sözlərinə görə, Azərbaycan tərəfi Ermənistanın Tovuz istiqamətində törətdiyi təxribatlara layiqli cavablar verib.
O, həmçinin, Tovuzun Ağdam kəndinin sakinlərinə minnətdarlıq edib.
Deyib ki, kənd sakinləri evlərini tərk etməyiblər.
“Bu bölgənin camaatı qəhrəman və qorxmaz camaatdır. Ona görə bura qürur hissi ilə gəlmişəm. Sakinlər bir dəqiqə belə olsun düşünmədilər ki, yaşadıqları kəndi tərk etsinlər. Bu münasibət bir daha 2016-cı il Aprel döyüşlərindəki əzmkarlığı təkrarladı. Təəssüratlarım çox yüksəkdir”.
www.yenicag.az