Hörmüz boğazı bu tarixdən tam açıq olacaq
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazındakı mövcud vəziyyətlə bağlı açıqlama verib.
Yenicag.az xəbər verir ki, o bu barədə fransalı həmkarı Emmanuel Makronla keçirdiyi görüş zamanı jurnalistlərə deyib.
Ağ Ev rəhbəri strateji su yolunun tam açılacağı tarixi də elan edib:
“Bildiyiniz kimi, boğaz artıq qismən açılıb. Cümə günü isə o, tamamilə açıq olacaq”.













