Azərbaycan Ordusunda Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər keçirildi - FOTO / VİDEO

media-hightechnic-468x90

Azərbaycan Ordusunda 15 İyun – Milli Qurtuluş Günü münasibəti ilə silsilə tədbirlər keçirilib.

media-banner_tkm

Bu barədə Yenicag.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirlər çərçivəsində hərbi qulluqçular ölkə ərazisindəki Heydər Əliyev mərkəzlərini, muzeyləri və abidələri ziyarət edib, xalqımızın Ümummilli Liderinin şərəfli həyat yolu və fəaliyyətindən bəhs edən filmləri izləyiblər. Həmçinin onlarla tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş maarifləndirici söhbətlər aparılıb, şəxsi heyət üçün müxtəlif mədəni-kütləvi tədbirlər təşkil olunub.

Çıxışlarda bildirilib ki, Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanın inkişafında yeni mərhələnin başlanğıcı olub. Qeyd edilib ki, Ulu Öndərin dövlətçilik ideyaları və ölkənin tərəqqisinə yönəlmiş siyasi kursu hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbirlər zamanı Vətən müharibəsində əldə olunan tarixi Qələbənin, eləcə də Qarabağ iqtisadi rayonunda həyata keçirilmiş antiterror əməliyyatından sonra ərazi bütövlüyünün tam bərpa edilməsinin tarixi əhəmiyyətindən danışılıb.

Sonra xidmətdə fərqlənən hərbi qulluqçular fəxri fərmanlarla təltif ediliblər.

Tədbirlərin bədii hissəsində şəxsi heyətə Milli Qurtuluş gününü və vətənpərvərliyi tərənnüm edən rəngarəng konsert proqramları təqdim olunub.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05