Vens: "ABŞ İrana qarşı sanksiyaları yumşaltmağa hazırdır"
Vaşinqton İrana qarşı sanksiyaların əhəmiyyətli dərəcədə yumşaldılmasına hazırdır.
Yenicag.az xəbər verir ki, bunu ABŞ vitse-prezidenti Cey Di Vens “CBS” telekanalına müsahibəsində deyib.
“Amerika pullarından bir dollar belə İrana getməyəcək. Amma iranlılar uzunmüddətli öhdəliklər götürsələr, biz sanksiyaların ciddi şəkildə yumşaldılmasına hazırıq”, – deyə Vens bildirib.













