Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Adil Öksüz necə sərbəst buraxılıb? - 28 nəfərin işi məhkəməyə göndərildi

Ankara Cümhuriyyət Baş Prokurorluğunun FETÖ terror şəbəkəsinin 15 iyul çevriliş cəhdinin əsas fiqurlarından biri olan Adil Öksüzün sərbəst buraxılması ilə bağlı 13-ü hərbçi, 14-ü polis və 1-i Nazirlər Kabinetinin əməkdaşı olmuş 28 nəfərə qarşı hazırladığı ittihamnamə Ankara 23-cü Ağır Cəza Məhkəməsinə təqdim olunub.

Yenicag.Az Türkiyə mediasına istinadən xəbər verir ki, FETÖ-nun Hərbi Hava Qüvvələrindəki imamı olduğu bildirilən şübhəli şəxs Adil Öksüzün 15 iyul çevriliş cəhdindən sonra saxlanılması və Ankara Qərb Sülh Cəza Hakimliyinin ədliyyə nazarəti qərarı əsasında sərbəst buraxılmasına dair istintaq yekunlaşıb.

Aparılan istintaq çərçivəsində 13-ü hərbçi, 14-ü polis və 1-i Nazirlər Kabinetinin əməkdaşı olmuş 28 nəfərin ölkədən çıxışına qadağa qoyulub.

İttihamnamədə 4 şübhəli haqqında “silahlı təşkilat üzvü olmadan silahlı təşkilat adından cinayət törətmək, səlahiyyətdən sui-istifadə, cinayət sübutlarını məhv etmək, gizlətmək və ya dəyişdirmək, cinayətkarı himayə etmək”, 21 şübhəli barəsində “səlahiyyətdən sui-istifadə etmək, cinayət sübutlarını məhv etmək, gizlətmək və ya dəyişdirmək, cinayətkarı himayə etmək”, 2 şübhəli haqqında “silahlı terror təşkilatına üzv olmaq, səlahiyyətdən sui-istifadə, , cinayət sübutlarını məhv etmək, gizlətmək və ya dəyişdirmək, cinayətkarı himayə etmək” və 1 şübhəli haqqında silahlı təşkilat üzvü olmadan silahlı təşkilat adından cinayət törətmək, cinayətkarı himayə etmək” ittihamı irəli sürülüb.

Yenicag.Az

www.yenicag.az

445