”Adil Rəcəbovun həbs ediləcəyinə inanmıram”
“Belə bir şəxs bizim polis idarəsinə gətirilməyib”.
Bu barədə Zaqatala Rayon Polis İdarəsindən məlumat verilib.
Polis İdarəsindən ümumiyyətlə Adil Rəcəbov adlı şəxsin həbs olunmadığı bildirilib:
“Bizdə belə bir məlumat yoxdur. Ümumiyyətlə, idarəyə bu adda şəxs gətirilməyib”.
Zaqatala rayon Muxax kəndinin sahə rəisi kapitan İsayev Zaur isə keçirilən əməliyyatla bağlı sadəcə “xəbərim yoxdur” deməklə kifayətləndi.
Məsələ ilə bağlı Əbu-Bəkr məscidinin imamı-camaatı Qamət Süleymanov verdiyi açıqlamasında bildirib ki, köməkçisinin həbs edilməsindən xəbəri var, yaxın zamanda azad ediləcəyinə inanır: “Mən də bir qədər əvvəl məlumat almışam. Adil Rəcəbovun həbs ediləcəyinə inanmıram. Çünki, o radikallığa qarşı adamdır və heç zaman dövlətin maraqlarına zidd hərəkət edən birisi olmayıb”.
“İnamıram ki, ciddi bir şey olsun. Çünki, Adil heç bir zaman dövlətimizin maraqlarına zidd hərəkət edəcək birisi deyil. Narahat olmayın, buraxarlar”, – deyə Q.Süleymanov bildirib.
Qeyd edək ki, Qamət Süleymanovun müavini Adil Rəcəbov bu gün Zaqatala rayonunda saxlanılıb. Onun Muxax kəndindəki yerləşən evində yoxlanış aparıldığı bildirilib(axar.az).