ADİU-nun MBA Proqramı EFMD-yə tam üzv qəbul edilib

media-hightechnic-468x90

unnamed (1)Respublikada ilk dəfə olaraq Azərbaycan Dövlət İqtisad Universitetinin MBA De¬par¬tamentinin MBA Proqramı EFMD (European Foundation for Management Development (Busines School Accreditation)) təşkilatının 1 iyun 2015-ci il tarixin¬dən etibarən tam üzvlüyünə qəbul edilib.

Baş ofisi Belçikanın Brussel şəhərində yerləşən bu təşkilatın əhatə dairəsinə ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, İspaniya, İsveçrə də daxil olmaqla 81 ölkədən 800-dən artıq akademik təşkilatlar, biznes, dövlət xidməti və məsləhət xidməti qurumları daxildir. EFMD – idarəetmənin inkişafı sahəsində informasiya mübadiləsi, tədqiqatların aparılması, innovativ ideyaların və təlim metodlarının işlənib hazırlanması, bu sahə üzrə qabaqcıl təcrübələrin mübadiləsi, biznes təhsil müəssisələrinin rasionallaşdırılması üzrə yeganə təşkilatdır.

Qlobal miqyasda tanınmış bu təşkilatdünyanın aparıcı təhsil sistemlərinin standartlarına cavab verən biznes məktəblərinin, onların biznes təhsili proq¬ram¬ları¬nın, korporativ universitetlərin və texnologiyalara əsaslanan tədris proqram¬la¬rı¬nın qiymətləndirilməsi üzrə akreditasiya xidmətlərini həyata keçirir.

ADİU-nun MBA Departamentinin MBA Proqramının EFMD-yə tam üzv olması ali təhsil müəssisəsinin biznesin idarə edilməsi üzrə proqram heyəti və magistrantlarının mübadiləsinə, bilik paylaşımına və dünyanın qabaqcıl universitetləri ilə əməkdaşlığa geniş imkanlar yaradır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600