Aeroport yolundakı dəhşətli qəzanın baş vermə anı - VİDEO

media-hightechnic-468x90

Ötən gün səhər saatlarında Hava limanı-Mərdəkan yolunda 5 nəfərin ölümü ilə nəticələnən ağır qəzanın baş vermə anının görüntüləri yayılıb.

Görüntülərdən də göründüyü kimi, Mərdəkan istiqamətində hərəkətdə olan “Mercedes” markalı yük avtomobili 171 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişin avtobusuna çırpılıb.

Ehtimal edilir ki, hadisə yük avtomobili sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verib.

Belə ki, sürücü yuxuladığından avtomobil idarəetmədən çıxaraq avtobusa dəyib. Nəticədə avtobus da aşıb.

Hadisə nəticəsində 5 nəfər həlak olub, 25 nəfər yaralanıb.

Qəza anının görüntülərini təqdim edirik:

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600