AFFA 6 klubu Diviziona buraxmadı - 10 komanda yarışacaq

media-hightechnic-468x90

Xəbər verdiyimiz kimi, sentyabrın 9-da AFFA və PFL-in birgə komissiyası Birinci Divizionda çıxış etmək istəyən klublardan daxil olan müraciətlərə baxaraq, sənədlərini tam təqdim etməyən komandalara bir neçə gün vaxt vermişdi.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu gün hər iki qurumun birgə komissiyası növbəti iclasını keçirərək, təqdim olunan sənədləri, peşəkarlığı və ötən mövsüm danışılmış oyunlarla bağlı UEFA-dan daxil olan məlumatları nəzərə almaqla Birinci Divizionda iştirak edəcək komandaların adlarını təsdiqləyib. “Mil-Muğan”, “Qaradağ Lökbatan”, “Turan-Tovuz”, “Ağsu”, “Zaqatala”, “Vətən”, “Şüvəlan”, MOİK klublarından başqa, “Binə” və “Xəzər” komandalarının da Birinci Divizionda iştirakına icazə verilib.

Sonuncu iki komanda ilə yanaşı, əlavə vaxt alan 6 klub isə yarışa buraxılmayıb. Bunlar “Bakılı”, “Şahdağ-Qusar”, “Göyəzən”, “Göyçə”, “Karvan” və “Energetik”di. 2 paytaxt, 4 əyalət klubunun ofsayda düşdüyü Divizionda çıxış edəcək 10 komandadan 6-sı Bakı təmsilçisidi.

Onu da qeyd edək ki, Birinci Divizionda çıxış etmək hüququ qazana bilməyən komandaların oynaması üçün həvəskar statuslu “Region Liqası”nın yradılması ilə bağlı layihə İcraiyyə Komitəsinə təqdim olunacaq.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05