Reklam

Reklam

millimiz iddiaaaQazaxıstan mətbuatında martın 26-da Azərbaycan və Qazaxıstanın milli komandaları arasında keçirilmiş yoldaşlıq görüşünün nəticəsinin əvvəlcədən danışıldığı barədə xəbər dərc olunub.

Yazıda iddia olunub ki, martın 26-da Türkiyənin Antalya bölgəsində Azərbaycan və Qazaxıstan komandaları arasında keçirilmiş yoldaslıq görüşü 1:1 hesabı ilə başa çatmalı imiş. Bunun qarşılığında Qazaxıstan millisinin otel və məşq meydançası xərcləri AFFA tərəfindən təmin olunub. Yazıda oyunun nəticəsi deyilən kimi olmadığından, tərəflər arasında narazılığın yarandığı qeyd olunub.

AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu AzVision.az-a açıqlamasında bu iddiaları yalanlayıb.

“Oyunun nəticəsinin əvvəlcədən danışılması barədə məlumat yalandır. Oyundan sonra rəhbərliyin görüşməsi, Qazaxıstan komandasının otel və məşq meydançası xərclərinin bizim ödəməyimiz barədə yayılan məlumatların da hamısı cəfəngiyatdır”.

AFFA rəsmisi bildirib ki, oyunun çəkilişi, hakimlərin qonorarı komandalar tərəfindən yarıbayarı ödənilib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 68
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.