Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

""AFFA" heç kimə 1 milyon dollar ödəmir" - Rəsmi açıqlama

Reklam: Sinerji Pro

Bir müddət öncə Almaniyanın “Bild” nəşri AFFA və millimizin oyunçusu Renat Dadaşovla bağlı bir iddia ortaya atdı. Renatın yığmamızı seçməsini qəribə hadisə kimi qəbul edən müəllif bunun müqabilində futbolçunun 1 milyon dollar qazandığını iddia edib. Bu azmış kimi ona Bakının mərkəzi ünvanlarının birində ev də verildiyi deyilir.

Məsələ ilə bağlı AFFA-nın mətbuat xidmətinin rəhbəri Mikayıl Nərimanoğlu ilə əlaqə saxladıq. Yeniçağ.az-a danışan qurum rəsmisi Renat Dadaşovun millimizə gəlişinin səbəbinin heç də pul olmadığını dedi:

“Bu xəbərin heç bir əsası yoxdur. Renat 4-5 ay öncə millimizdə oynamaq istədiyini bildirdi. Biz də bununla bağlı FİFA-ya müraciət etdik, onun sənədlərini göndərdik. Qəribədir ki, bu xəbər Millimizin Almaniya ilə oyunundan bir neçə gün sonra çıxıb.

Göstərildiyi kimi nə ev, nə də 1 milyon dollar verilməyib. Millimizdə oynaması üçün heç bir futbolçuya pul ödənilmir. İndi o, bizim millimizin üzvüdür, heyətdə də çıxış edir”.

Aygün İlqarqızı
Yeniçağ.az

www.yenicag.az

419