!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

AFFA Mübariz Mənsimovun klubunun pulunu vermək istəmir? – AÇIQLAMA

!Reklam – Yazi

affaAFFA UEFA-dan “Xəzər Lənkəran” üçün ayrılan pulu kluba qaytarmaq istəmir. Məsələ ilə bağlı qurumun rəsmi saytında məlumat yayılıb.

İddiaya görə, komanda premyer-liqada fəaliyyət göstərmədiyi üçün AFFA UEFA-dan ayrılan pulu müxtəlif bəhanələrlə Mübariz Mənsimovun klubuna vermək niyyətində deyildi.

Ancaq deyəsən, məsələ həllini tapmaq üzrədir. Yeniçağ.az-a açıqlama verən cənub klubunun mətbuat katibi Hüseyn Cəbrayıloğlu gözləmə mövqeyində olduqlarını deyib:

“Güman ki, bu həftə məsələ həll olunacaq. Hələ ki, danışıqlar gedir. Amma hiss olunur ki, məsələ bizim xeyrimizə həll olunacaq. Məbləğə gəlincə, UEFA ümumi məbləği (171 min avro) açıqlayıb. Amma AFFA bizə nə qədər ödəyəcək, bəlli deyil. Alınan pul akademiya üçün xərclənəcək”.

Qeyd edək ki, UEFA Azərbaycan klublarına növbəti maliyyə vəsaiti ödəyib. Qurum tərəfindən müxtəlif təyinatlar üzrə ayrılmış vəsait AFFA-nın vasitəçiliyi ilə müvafiq qaydada klubların hesabına köçürülüb.

AFFA-nın yaydığı bildirişdə qeyd edilib ki, “Xəzər Lənkəran” klubunun AFFA, PFL, FIFA və UEFA qarşısında yerinə yetirilməmiş maliyyə öhdəlikləri olduğu üçün UEFA-nın ayırdığı vəsaitdən AFFA-ya və PFL-ə olan borclar əvəzləşdiriləcək, yerdə qalan məbləğin təyinatı üçün AFFA tərəfindən FIFA və UEFA-ya müvafiq müraciət ünvanlanacaq. Hər iki beynəlxalq futbol qurumunun tövsiyələri əsasında qeyd olunan maliyyə vəsaiti ilə bağlı qərar qəbul olunacaq.

Aygün İlqarqızı
Yenicağ.Az

COP29

www.yenicag.az

746
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv