!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Afrikalı futbolçu “Qarabağ”a keçə bilər

!Reklam – Yazi

“Qarabağ”ın mövsümlərarası fasilədə heyətinə qatacağı gözlənilən ilk legioner bəlli olub. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi hücum xəttində CAR-dan olan tandem yaratmağa yaxındı.
Ötən ilin yayında transfer olunub, özünü müsbət tərəfdən göstərən Dino Ndlovu klub rəhbərliyinin bu ölkədən olan oyunçularına inamımı artırıb. Bu üzdən də ağdamlılar ön xətdə cütlük təşkil etmək məqsədilə Tokelo Rantieni heyətinə qatması mümkündü.

Hazırda əyalət təmsilçisi xarici menecerlərin kluba təklif etdiyi 26 yaşlı hücumçunun keçidini müzakirə edir. Təbii ki, Qurban Qurbanov da yeni mövsümdə daha güclü hücum xəttinin olmasında maraqlıdı.

Çempionlar Liqasında uğurlu çıxış etmək istəyən “Qarabağ”a keçməsi gözlənilən Tokelo hazırda Türkiyənin “Gənclərbirliyi” klubunda çıxış edir. 2016-cı ilin yayından qonşu ölkədə oynayan futbolçu Superliqada 16 matçda 1, ölkə kubokunda 4 görüşdə 3 top vurub. Afrikalı kubokdakı qollarından birini “Fənərbaxça”nın qapısından keçirib.

2013-cü ildən Avropada legioner həyatı yaşayan Rantie Türkiyəyə qədər İsveçdə “Malmö”, İngiltərədə “Bornmut” klublarının da formasını geyinib. 2012-ci ildən CAR millisində top qovan hücumçu 38 matçda 10 qola imza atıb. O, milli ilə 2013 və 2015-ci illərdə Afrika Millətlər Kubokunun final mərhələsində də qüvvəsini sınayıb.

Yığmadakı 10 qoldan biri xüsusi çəkiyə malikdi. Rantie Kamerunla ötən il martın 26-da keçirilən görüşdə təxminən meydanın mərkəzindən rəqib qapısına qol vurub.

Qeyd edək ki, Rantie Avropada “Malmö”da oynadığı vaxt “Qəbələ”nin braziliyalısı Rikardinyo ilə komanda yoldaşı olub.

Yeniçağ.az

www.yenicag.az

597
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv