Afrində silsilə partlayışlar: 14 nəfər öldü

Afrində ardıcıl iki partlayış baş verib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, nəticədə 14 nəfər ölüb.

Ölənlərdən ikisi uşaq olmaqla 8-i dinc sakindir. 6 nəfər isə müxtəlif silahlıqrup üzvləridir. Daha 35 nəfərin yaralandığı bildirilib.