“Barselona” Hans Fliklə bağlı qərar verdi

media-hightechnic-468x90

“Barselona” rəhbərliyi komandanın baş məşqçisi Hans Flikin gələcəyi ilə bağlı qərarını verib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, İspaniya çempionu 60 yaşlı mütəxəssislə müqavilənin müddətini uzatmağı planlaşdırır.

Hazırda Flikin klubla mövcud sözləşməsi 2027-ci ilin iyun ayının sonunadək qüvvədədir. Lakin La Liqa nəhəngi baş məşqçiyə 2028-ci ilin yayına qədər nəzərdə tutulan yeni müqavilə təklif etməyə hazırlaşır.

“Barselona” Hans Flikin rəhbərliyi altında bütün turnirlərdə 84 oyun keçirib. Komanda bu görüşlərdə 62 qələbə qazanıb, 9 dəfə heç-heçə edib və 13 məğlubiyyətlə üzləşib. Kataloniya təmsilçisi ötən mövsüm İspaniya çempionatını, ölkə kubokunu və Superkuboku qazanıb.

“Barselona” bu mövsüm isə 17 turdan sonra İspaniya çempionatında 1-ci pillədə qərarlaşıb və “Real”ı 4 xal qabaqlayır. Flikin komandası növbəti oyununu dekabrın 21-də turnir cədvəlinin 3-cü pilləsində olan “Vilyarreal”a qarşı keçirəcək.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa