“AĞ EV BAZARI”: Kim kimdən nə qopartdı? – Şaranın ABŞ səfərinin şifrələri…

media-hightechnic-468x90

 

Suriyanın müvəqqəti rəhbəri Əhməd Şaranın Ağ Evə səfərinin əks-sədaları davam edir. Görüşdən sonra həm ABŞ administrasiyası, həm Şam, həm də YPG terror təşkilatının nüvəsini təşkil etdiyi Suriya Demokratik Qüvvələrindən (SDQ) pozitiv mesajlar gəlməkdədir. İctimaiyyət isə danışıqlardan hansı tərəfin nə əldə etdiyinə fokuslanıb.

İnteqrasiya necə baş verəcək?

Suriyada inteqrasiya ilə bağlı müzakirələrdə ən çox önə çıxan mövzu SDQ-nin ABŞ-ın nəzarəti altında ölkənin rəsmi təhlükəsizlik qurumlarına daxil edilməsidir. “Washington Post”un yazdığına görə, Şam rəhbərliyinin fikrincə, Suriyanı bölünmüş halda saxlamaq və ya hər hansı hərbi qüvvənin hökumət nəzarətindən kənar mövcudluğuna icazə vermək, İŞİD-in yenidən inkişafı üçün ideal bir mühit yarada bilər. O baxımdan SDQ-nin dövlətin tərkibinə qatılması fikri Şara hökuməti tərəfindən dəstəklənir.

Razılaşma hansı mərhələyə keçdi?

Vaşinqtondakı görüşlərdən sonra SDQ lideri Mazlum Abdi ilə ABŞ-ın Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak arasında telefon danışığı baş tutub. Bu barədə xəbəri SDQ-yə xəttində yayımlanan North Press-də yer alıb. Görüşdə 10 mart razılaşması nəzərdə tutulmaqla yanaşı, SDQ-nin Suriya dövlət qurumları ilə inteqrasiyasını sürətləndirmək barədə qətiyyətin bir daha vurğulandığı bildirilib.

PKK-nın Suriya qolu olan PYD-nin başçısı Salih Müslim Suriyada kürd dilində yayımlanan televiziya kanalı Ronahi TV-yə verdiyi açıqlamada Şaranın Şama qayıdışından sonra danışıqların davam edəcəyini bildirib. Müslimin sözlərinə görə, qarşıdakı həftələrdə SDQ, ABŞ rəsmiləri və DEAŞ-a qarşı koalisiya nümayəndələrinin iştirakı ilə genişmiqyaslı toplantıya hazırlaşır.

İsrail geri çəkiləcək?

İsrailin Suriyanın cənubundakı varlığı da müzakirə mövzusu olub. İsraillə birbaşa danışıqların davam etdiyi və mümkün bir sülh sazişinə doğru “əhəmiyyətli irəliləyiş” əldə edildiyi bildirilərkən, yekun razılaşmaya çatmaq üçün İsrailin 8 dekabr öncəsi sərhədlərinə çəkilməsinin vacib olduğu Şam rəhbərliyi tərəfindən Vaşinqtona çatdırılıb.

Dekabra diqqət

Son prosesləri şərh edən təhlükəsizlik üzrə mütəxəssis Güngör Yavuzarslanın sözlərinə görə, “SDQ-nin başçıları ‘inteqrasiya olacaq’ deyə bəyanatlar versələr də, onun forması və məzmunu barədə danışmırlar. Görünən odur ki, ABŞ-a SDQ tərəfindən verilmiş 70 nəfərlik bir ad siyahısı var; bunlar SDQ-nin mühüm ünsürləridir. Terrorla mübarizə, yəni İŞİD-ə qarşı mübarizə çərçivəsində birgə yaradılacaq briqada və ya birliklər vasitəsilə inteqrasiya həyata keçiriləcək. Bununla yanaşı belə suallar da var: Rəqqada və Həsəkədə, yəni Suriyanın şimal-şərqində Şamdan təyin olunacaq komandirlər olacaq? İdlibdən komandirlər orada xidmət edəcəklər? Rəqqa valisini kim təyin edəcək, Həsəkə valisini kim təyin edəcək?”

Güngör Yavuzarslanın sözlərinə görə, hazırda əsas müzakirə mövzusu silahlı ünsürlərdir: “Neft mənbələrindən kənd təsərrüfatı sahələrinə, su hövzələrinə qədər masada çoxlu mövzu var. Amma ilk olaraq silahlı ünsürlərin necə formalaşacağı müzakirə olunacaq. Dekabr ayı kritikdir. Qarşıdakı ay Suriyanın necə formalaşacağını müəyyən edəcək ay olacaq. Qarşımızda separatçı zəminin olduğu Süveyda nümunəsi var. Bu baxımdan çox önəmlidir.”

“Yeni Çağ” Analitik Qrupu

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa