Ağ Ev Trampın Putinlə telefon danışığının şəklini yaydı – FOTO

media-hightechnic-468x90

ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı apararkən çəkilmiş fotosu Ağ Evin X sosial şəbəkəsində paylaşılıb.

Yenicag.az CNN-ə istinadla xəbər verir ki, kadrda həmçinin dövlət katibi Marko Rubio və vitse-prezident Ceyms Devid Vens də əks olunublar. Agentliyin məlumatına görə, Tramp Putinlə səsucaldan rejimində danışıb.

Telefon danışığı Trampın Vaşinqtonda Ukrayna Prezidenti Vladimir Zelenski və Avropa liderləri ilə görüşdüyü gün baş tutub. Zəngdən sonra ABŞ lideri danışıqları Zelenski və digər liderlərlə davam etdirib.

Tramp bildirib ki, artıq Putinlə Zelenskinin görüşünə hazırlıqlar başlayıb və bu görüşdən sonra ABŞ prezidentinin iştirakı ilə üçtərəfli danışıqların keçirilməsi istisna edilmir.

Kremlin açıqlamasına görə, Tramp və Putin arasında danışıq 40 dəqiqə davam edib. ABŞ Prezidenti rusiyalı həmkarına Ağ Evdəki görüşləri barədə məlumat verib. Prezidentin köməkçisi Yuri Uşakov isə bildirib ki, tərəflər Rusiya və Ukrayna nümayəndə heyətləri arasında birbaşa danışıqların davam etdirilməsinin tərəfdarı olduqlarını vurğulayıblar və hətta bu danışıqlarda təmsilçilik səviyyəsinin artırılmasının da mümkünlüyünü istisna etməyiblər.

media-image_750x_68a423581167b

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa