Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ağ Evdə daha bir yoluxma - Baş məsləhətçidə də COVID-19 çıxdı

ABŞ prezidentinin baş məsləhətçisi Stiven Miller yeni növ koronavirusa yoluxub.

Yenicag.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

Məlumatda bildirib ki, Ağ Evin mətbuat katibi Keyli Makineninin dörd müavininə də koronavirus diaqnozu qoyulub.

Keyli Makineni özünün “Twitter”dəki səhifəsində bildirib ki, ona koronavirus diaqnozu qoyulub. O, qeyd edib ki, karantin qaydalarına riayət edəcək və distant rejimdə işləyəcək.

Qeyd edək ki, son bir neçə gün ərzində Ağ Evdə koronavirusa yoluxma hallarında artım qeydə alınıb. Hazırda Ağ Evdə ABŞ prezidenti Donald Tramp, Melanya Tramp, Keyli Makineni də daxil olmaqla, koronavirusa 10 nəfərin yoluxduğu məlumdur.

www.yenicag.az

182