Ağcabədidə yol terroru: 3 ölü

media-hightechnic-468x90

40329Hadisə Təzəkənd rayonu ərazisində baş verib

media-banner_tkm

Ağcabədi rayonu, Təzəkənd kəndində (rayon mərkəzindən 17 km aralı) “VAZ” markalı 2 minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “VAZ” markalı minik avtomobilində olan 3 nəfər sərnişin ağır bədən xəsarətlərindən hadisə yerində vəfat ediblər.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildən 3 nəfərin cəsədlərini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 02:44-də başa çatıb. (anspress.com)

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05