Tokayev növbəti seçkilərdə iştirak edə biləcək

media-hightechnic-468x90

Qazaxıstanın yeni Konstitusiyası əvvəlki ali qanunun qüvvədə olduğu dövrdə seçilmiş bir sıra vəzifəli şəxslərə, o cümlədən ölkə prezidentinə yenidən seçkilərdə namizədliyini irəli sürməyə imkan verir.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə Qazaxıstan Konstitusiya Məhkəməsinin prezidentin müraciətinin baxılmasının nəticələrinə dair məlumatında bildirilir.

Qeyd edilir ki, 1 iyul 2026-cı il tarixindən sonra prezident vəzifəsinə təyinat, hətta şəxs əvvəllər bu vəzifəni tutmuş olsa belə, birinci hesab ediləcək.

“Şəxsin 1995-ci il Konstitusiyasının qüvvədə olduğu dövrdə göstərilən vəzifələrdən birini tutması faktı özlüyündə Qazaxıstan Respublikasının Konstitusiyası qüvvəyə mindikdən sonra onun seçilməsi və ya təyin edilməsi üçün maneə yaratmır”, – məhkəmənin Konstitusiyaya verdiyi izahatda deyilir.

Bu isə o deməkdir ki, Qazaxıstanın hazırkı dövlət başçısı Kasım-Jomart Tokayev növbəti seçkilərdə iştirak edə biləcək.

Qeyd edək ki, referendumda iştirak edənlərin 87,15 %-nin dəstəklədiyi yeni Konstitusiya həmçinin ikipalatalı parlamentdən birpalatalı parlamentə keçid, vitse-prezident vəzifəsinin bərpa edilməsi və s. dəyişiklikləri nəzərdə tutur.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05