Tramp: Qrenlandiya ABŞ-ın nəzarətində olmalıdır

media-hightechnic-468x90

media-banner_tkm

Qrenlandiyaya ABŞ nəzarət etməlidir, Danimarka yox.

Yenicag.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşdə deyib.

“Danimarka Qrenlandiya üçün pul xərcləmir. Qrenlandiya ABŞ-ın vacib bir hissəsidir, amma Rusiya və Çin gəmiləri ilə əhatə olunub. Bu, baş verməyəcək. Qrenlandiya ABŞ-ın nəzarətində olmalıdır, Danimarkanın yox”,- ABŞ lideri vurğulayıb.

O, Avropanın üzləşdiyi təhdidlər barədə də danışıb və qeyd edib ki, qitənin üzləşdiyi iki əsas problem immiqrasiya və enerji böhranıdır.

“Bu iki məsələyə diqqət yetirilməsə, daha Avropa olmayacaq. Ehtiyatlı olsalar, yaxşı olar”,- Tramp xəbərdarlıq edib./Apa/

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05