Dənizdə boğulma hadisələri niyə kəskin artıb? — "Faciələrin səbəbi “heç nə olmaz” düşüncəsidir"

media-hightechnic-468x90

 

media-banner_tkm

 

“Çimərlikdə boğulmanın saniyələr içində səssiz və xəbərdarlıqsız baş verdiyi nəzərə alınmalıdır.”

Bu sözləri Yenicag.az-a açıqlamasında təhlükəsizlik üzrə ekspert Orxan Musayev bildirib.

media-5c85c648-8b62-4948-9de7-0b557bad66ce

Ekspert çimərliklərdə son vaxtlar boğulma hadisələrinin artması, keçən illə müqayisədə mövsümün ilk ayında daha çox boğulma hadisəsinin baş verməsinin səbəbləri və bunun qarşısını almağın yollarını izah edib:

“Çimərlikdə baş verən faciələrin böyük əksəriyyəti insan faktoru səbəbindən baş verir. Qarşısı alına biləcək səhvlər ucbatından insanlar təhlükəli vəziyyətlə üz-üzə gəlirlər. Dəniz istirahəti insanların diqqətini cəlb edən istirahət məkanlarından biri hesab olunur, amma bu istirahət tez və qəfil formada insanların həyatına təhlükə yarada bilər. Bəzən insanlar dənizdə istirahət edərkən dənizin təhlükəli tərəfinin olmasını unudurlar. Təəssüf ki, spirtli içki qəbul edərək suya girmək, uşaqları nəzarətsiz buraxmaq, qadağan olunmuş ərazilərdə çimmək hələ də adi bir davranış hesab olunur. İnsanlar yalnız nəzarət olunan və rəsmi formada fəaliyyət göstərən çimərliklərdən istifadə etməlidirlər. Ona görə ki, bu məkanlarda Fövqəladə Hallar Nazirliyinin xüsusi xilasedici heyəti mövcuddur və hər hansı fövqəladə hal baş verərsə, çevik şəkildə müdaxilə etmək imkanları var. Nəzarətsiz çimərliklərdə xilasedici xidməti mövcud olmadığına görə, hər hansı fövqəladə hal baş verdiyi zaman insan həyatını xilas etmək mümkün olmur. Nəzarət olunan çimərliklərdə suyun dərinlik dərəcəsi müəyyən olunur və ayaq altında insanlara xəsarət yetirəcək daş qırıntıları və qayalar təmizlənir.”

Ekspert qeyd edib ki, dənizə gedərkən diqqətə alınmalı digər məsələ hava şəraitidir:

“Dənizə girməzdən öncə hava şəraiti, küləyin gücü, dalğanın hündürlüyü nəzərə alınmalıdır. Peşəkar üzgüçülər belə meteoroloji faktorların təsiri ucbatından özlərini itirə bilirlər. Maarifləndirici və təbliğat xarakterli işlər daha da güclənməlidir. İnsanlar təkcə dalğa olması, üzməyin riskli olması kimi xəbərdarlıqları yox, bu dalğaların insan bədəninə təsirini də bilməlidirlər; axına düşəndə nə baş verdiyini, boğulma zamanı bədəndə hansı proseslər gedir, bunlar barədə agah olmalıdırlar. Çimərliklərdə insanlar tərəfindən qaydalar pozulduqda bu hallara həm ictimai qınaq, həm də inzibati qaydada cərimə tədbirləri görülməlidir ki, insanlar bu davranışlardan çəkinsinlər. Boğulma hallarının çoxu saniyələr içində səssiz baş verir. İnsanlar qışqırmır, sadəcə suyun altında itir. Hər il baş verən bu faciələrin təkrarlanmasına səbəb ehtiyatsızlıq və “heç nə olmaz” düşüncəsidir ki, bu düşüncədən qurtulmalıyıq.”

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05