“Ağdam şəhərində görüləcək işlərin miqyası daha çoxdur. Bu gün orada genişmiqyaslı tikinti işləri gedir”.
Yenicag.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.
Onun sözlərinə görə, Ağdamda 3 məhəllənin təməli qoyulub. İki məhəllədə artıq işlərə başlanılıb. Yaxın zamanda daha 3 məhəllənin də təməli qoyulacaq.
“Gələn ilin əvvəlində tikinti işlərinə başlanılacaq. 2025-ci ilin ortalarından başlayaraq biz Ağdam şəhərində və onun ətraf kəndlərində məskunlaşmanı həyata keçirə bilərik”, – deyə Emin Hüseynov bildirib./Azərtac
www.yenicag.az