Ağdamda nə qədər ərazi minalardan təmizlənib? – Rəsmi

media-hightechnic-468x90

Böyük Qayıdış proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı humanitar minatəmizləmə fəaliyyəti davam etdirilir.

Yenicag.az xəbər verir ki, bunu FHN-in əməkdaşı Ələkbər Ələkbərov işğaldan azad ollunmuş ərazilərə təşkil olunmuş mediatur zamanı jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, mediatur mina təhlükəsi ilə mübarizə istiqamətində aparılan tədbirlərin gedişatı və ictimaiyyətin məlumatlandırılmasının məqsədi daşıyır:

“Növbəti belə mediatur Fövqəladə Hallar Nazirliyi (FHN) və Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən Ağdam rayonuna təşkil edilib”.

Ələkbər Ələkbərov bildirib ki, hazırda Ağdam rayonunda 37 min 154 hektar ərazi minalardan təmizlənib. Əməliyyatlar nəticəsində ümumilikdə 31 min 105 ədəd mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib:

“Vətən müharibəsindən sonra aidiyyəti qurumlarla yanaşı, FHN-in xüsusi təyinatlı qüvvələri də bu işlərə cəlb olunub. Nazirliyin əməkdaşları yüksək səviyyədə təlim kurslarından keçib və ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə müasir avadanlıqlarla təchiz olunublar. Ərazilərin təmizlənməsi prosesində mexaniki vasitələrdən də geniş istifadə olunur”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600