Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ağdamda su problemi - Kənd sakinlərindən etiraz - VİDEO

Ağdam rayonunun Səfərli kənd sakinləri susuzluqdan dilə gəlib.

Yenicag.az xəbər verir ki, Ağdam rayonunun Səfərli kənd sakinləri uzun illərdir ki, susuzluqdan əziyyət çəkir. Kənd sakinləri həm içməli, həm də suvarma üçün suya həsrət qalıb. Səfərli kəndindəki yeganə su mənbəyi isə ötən əsrin ortalarında inşa edilib.

Sakinlərin sözlərinə görə, kənddə ümumiyyətlə, krantlaşdırma işləri heç vaxt aparılmayıb. Kənddə cəmi bir krantın olması isə problemlər yaradır. Belə ki, uzun-uzadı su növbəsi yaranır və bu zaman mübahisələrə səbəb olur. Yay aylarında yeganə su mənbəyi demək olar ki, quruyacaq hala gəlir. Yalnız qışda nisbətən suda artım olur.

Ağdam rayonu ərazisində 35 artezian quyusunun qazılması ilə bağlı göstəriş verilsə də, Səfərli kəndi bu qərardan payını ala bilməyib. Kənd sakinləri problemləri ilə bağlı rayon icra hakimiyyətinə, müvafiq qurumlara müraciət ünvanlasa da, problemləri hələ də qalmaqda davam edir.

Ümumiyyətlə, Rayon İcra Hakimiyyəti sakinlərin şikayəti ilə maraqanmır. Bu səbəbdən də, Səfərli kənd sakinləri Azərbaycan Respublikası prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehiban Əliyevaya müraciət ünvanlayaraq, su problemlərinin həll edilməsi üçün xahiş ediblər.

Videonu təqdim edirik.

Səxavət Məmməd

www.yenicag.az

1294
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100