Ağıllı telefonların adı dəyşir
“Microsoft” şirkəti, “Samsung” və “Apple” şirkətləri ilə rəqabət aparmaq üçün öz strategiyasını hər keçən gün təkminləşdirməkdədir. Bu dəfə isə, “Microsoft” şirkəti təqdim etdiyi “Windows” əməliyyat sistemli “ağıllı” telefonlarının adını dəyişib. Buna səbəb isə, “Microsoft” şirkətinin “ağıllı” telefonlarının formatının tamamiylə dəyişəcəyidir. Modelin yeni adı isə, “Windows Phone” deyil, sadəcə “Windows” olacaq. “Microsoft” şirkəti, “Windows” adı verdiyi modellərində “Nokia” şirkətindən də istifadə edəcəyini açıqlayıb. Yeni modellərdə “Nokia” şirkətinin loqosunun olub-olmayacağı isə, açıqlanmayıb.