!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ağır itkidən sarsılan bəstəkar: “Ölüm xəbərini eşidəndə sonuncu görüşümüzü xatırladım”

!Reklam – Yazi

“Heç nə bəstələməsəydi belə, Oqtay Rəcəbov Flora Kərimovanın ifasında hitə çevrilən “Necə unudum səni” mahnısı ilə yaradıcılığına möhür vura bilərdi… Heyf, ölüm onu da bizdən alıb apardı”.

Bunu Yenicag.az-a açıqlamasında bəstəkar İmruzə Hüseynova ötən gün koronavirus infeksiyasından dünyasını dəyişən məşhur bəstəkar Oqtay Rəcəbovla bağlı fikirlərini bölüşərkən deyib.

Bəstəkar bu itkidən sarsıldığını bildirib:

“Oqtay Rəcəbovun ölüm xəbərini eşidəndə çox sarsıldım. Bu xəbərə inanmaq istəmədim. Azərbaycan musiqisinə möhür vurmuş bəstəkardır. O qədər bəstəkarlar var ki, Konservatoriyanı bitirib, bir mahnısı belə yadda qalmayıb. Amma baxmayaraq ki, o, Konservatoriyada sonradan təhsil alıb. Əvvəlcə Pedoqoji İnstitutun Fizika fakültəsini bitirib, amma onun bəstələdiyi musiqilər ölməzllik qazanıb.

Oqtay Rəcəbovun yaradıcılığı yalnız mahnı janrı ilə kifayətlənmir. O, milli kinomuzun gözəl nümunələri olan filmlərimizə də musiqilər yazıb. Eyni zamanda, sonataları, klassik musiqi əsərləri var. Onun uşaqlar uçün yazdığı mahnılar da dillər əzbəridir. Ölüm xəbərini eşidəndə sonuncu görüşümüzü xatırladım. Hər zaman olduğu kimi, nəzakətli davranışı, insanlığı, kübarlığı məni heyran etmişdi. Çox həyatsevər, pozitiv insan idi, yaşının bu vədəsində də yaradıcılığına fasilə vermirdi. Oqtay Rəcəbov ölümündən sonra da həyatını davam etdirəcək bəstəkarlardandır. Nə qədər ki onun məşhur hitləri səslənəcək, Oqtay Rəcəbov ürəklərdə yaşayacaq”.

Qeyd edək ki, bəstəkar bu gün Yasamal qəbiristanlığında, atasının yanında dəfn olunub.

Cəvahir

www.yenicag.az

447
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv