XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) rəhbər heyəti və kollektivi diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günündə Şəhidlər xiyabanını və Fəxri xiyabanı ziyarət ediblər.
Yenicag.az “Report”a istinadən xəbər verir ki, Ceyhun Bayramovun rəhbərlik etdiyi kollektiv ulu öndər Heydər Əliyevin məzarı önünə əklil və gül dəstələri qoyub, xatirəsini dərin hörmət və ehtiramla yad edib.
Daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarı ziyarət olunub, üzərinə gül dəstələri qoyulub, ehtiram nümayiş etdirilib.
Həmçinin Azərbaycanın suverenliyi və müstəqilliyi uğrunda həlak olmuş şəhidlərin məzarları üzərinə və onların xatirəsinə ucaldılmış “Əbədi məşəl”abidəsinin önünə əklil və gül dəstələri qoyublar, xatirələrinə ehtiram nümayiş etdiriblər.













