“Bu acını yaşayıram”.
Yenicag.az xəbər verir ki, bunu məşhur türk aktyor Metin Çekmezin vəfatından sarsıldığını ifadə edərkən azərbaycanlı aktrisa Məlahət Abbasova deyib.
Aktrisa sosial şəbəkə hesabında vaxtilə eyni teatrda çalışan və səhnə bölüşən məşhur aktyorla bağlı kədərini bölüşüb:
“Kəlmələrin yetərsiz qaldığı gündür mənim üçün. Səhnədə ilk tərəf müqabilim idi. “Köpək”, “1001 gecə”, “Ayrı dünyalar”, “Super baba” seriallarında bərabər rol almışdıq. Teatra gəldiyim ilk gündən mənə hər zaman dəstək olan, hər zaman sevgisini, sayğısını gördüyüm, çox sevdiyim, dəyərlim, böyük sənətkar Mətin qardaşımın itkisinin acısını yaşayıram. Təqaüdə çıxdıqdan sonra da ara-sıra görüşürdük. Bakıya proqramıma dəvət etmişdim. Sağlığında problem olduğu üçün gəlmədi. Amma söz vermişdi gələcəyinə. Bakını çox görmək arzusundaydı. Məkanın cənnət olsun gözəl sənətkar”.
Cəvahir
www.yenicag.az