Ağsaqallar Şurasının tərkibi təsdiq edildi

media-hightechnic-468x90

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində Ağsaqqallar Şurasının yeni təsdiq edilmiş tərkibinin üzvləri ilə görüş keçirilib.

Görüşdə qurumun rəisi Samir Nuriyev şuranın üzvlərini təbrik edib, qarşıdakı beşillik fəaliyyətlərində uğurlar diləyib.

Görüşdən sonra şuranın yeni tərkibinin ilk iclası keçirilib. İclasda Fərid Xanlarov yenidən İçərişəhərin Ağsaqqallar Şurasının sədri seçilib.

Qeyd edək ki, İçərişəhər Ağsaqqallar Şurası Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 may tarixli Fərmanı ilə təsdiq edilmiş Nazirlər Kabineti yanında Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Əsasnaməsinə müvafiq olaraq 2009-cu ildə yaradılıb. Şuranın yaradılmasında əsas məqsəd qoruq sakinlərinin ictimai rəyini nəzərə almaq və mövcud məsələlərin həllində şəffaflığı təmin etməkdir. Ağsaqqallar Şurası üzvlərinin səlahiyyət müddəti beş ildir. (qafqazinfo.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600