!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ağsu məktəbliləri ordumuza belə dəstək oldu - VİDEO

!Reklam – Yazi

Orta məktəb şagirdləri Azərbaycan Ordusuna maraqlı dəstək aksiyasına başlayıb.

Yenicag.az xəbər verir ki, Ağsu rayonu Arif Cəbiyev adına Bico kənd orta məktəbi Azərbaycan Ordusuna dəstək məqsədilə maraqlı video-çarx hazırlayıb.

Məktəb şagirdlərinin iştirakı ilə çəkilən çarx Azərbaycan Silahlı Qüvvələrinə ruh vermək üçün hazırlanıb.

“Biz döyüşə hazırıq!”adlı vidematerialda orta məktəb şagirdləri Ali Baş Komandandan döyüş əmrini gözlədiyini bildirib. Videoçarx cəmiyyətdə hərbi vətənpərvərlik ruhunu artırmaq məqsədi daşıyır. Videolayihədə orta məktəb şagirdləri hamı bir nəfər kimi döyüşə hazır olduğunu deyir.

Qeyd edək ki, Bico kənd sakinləri Pirəmsaq döyüşündə Şamaxı qəzasına hücum edən erməni daşnak ordusunu məhv edərək 400 ermənini qırıb.

Xatırladaq ki, Pirəmsaq döyüşü 1918-ci il, mart ayında olub.

 

www.yenicag.az

772
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv