Ağsuda “İnfiniti” aşaraq yanıb

media-hightechnic-468x90

wwwwwwwwwwwAğsu rayonunda ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə ötən gecə Ağsu-Göylər avtomobil yolunun 7-ci kilometrliyində qeydə alınıb.

Ağsu rayonunun Cəfərli kənd sakini, 1991-ci il təvəllüdlü Faiq Məmmədovun idarə etdiyi “İnfiniti” markalı minik avtomobili yüksək sürətlə hərəkətdə olarkən sürücü idarəetməni itirib və maşın yoldan çıxaraq aşıb.

Hadisə nəticəsində avtomobilin sürücüsü Faiq Məmmədov dünyasını dəyişib, sərnişini – rayonun Qaraqaşlı kənd sakini, 23 yaşlı Famil Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağsu Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hadisə zamanı zərbənin təsiri nəticəsində avtomobil yanaraq yararsız vəziyyətə düşüb.

Hadisə ilə bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa