Ağsuda yol qəzası: Ölən və yaralananlar var

media-hightechnic-468x90

Muğanlı–İsmayıllı yolunda ölümlə nəticələnən yol qəzası baş verib.

Yenicag.az xəbər verir ki, hadisə axşam saatlarında avtomobil yolunun Ağsu rayonunun Qırlar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə, hərəkətdə olan minik avtomobili yoldan çıxaraq aşıb. Qəza nəticəsində bir qadın hadisə yerində ölüb. Xəsarət alan şəxslər təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır./Azərtac/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa