Ahıl kişi özünü bıçaqladı – Bakıda

Yasamal rayonunda bir nəfər intihara cəhd edib.

Yenicag.az “Report”istinadən xəbər verir ki, intihara cəhd hadisəsi M.Seyidov küçəsində baş verib.

1954-cü il təvəllüdlü Fətəliyev Əbdülhüseyn Adil oğlu yaşadığı evdə ailə münaqişəsi zəmnində özünə bıçaqla zərbə vurub.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Fakt hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.