Yasamal rayonu Əsəd Əhmədov küçəsində aparılan təmir işləri ilə əlaqədar olaraq küçə boyu avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə gecə saatlarında yolcizgi və yolgöstərici xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilməsi işləri aparılacaq.