Sentyabrın 12-dən etibarən Avropa İttifaqı (Aİ) ilə Rusiya arasında sadələşdirilmiş viza rejimi ləğv edilib.
Yenicag.az xəbər verir ki, bu barədə Aİ Şurasınının qərarında deyilir.
Qərara əsasən, Rusiya vətəndaşlarına viza verilməsi müddəti 15-45 gün əhatə edəcək. Viza rüsumu isə 35 avrodan 80 avroya yüksəldilib.
Xatırladaq ki, Rusiya ilə Aİ arasında sadələşdirilmiş viza rejimi 2007-ci ilin iyunundan qüvvəyə minmişdi. Bu il avqustun 31-də Praqada keçirilmiş iclas zamanı Aİ üzvləri rejimin ləğv edilməsini dəstəkləmişdi.
www.yenicag.az