Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Aİ İranla danışıqları faydalı adlandırdı

49745Avropa İttifaqı (Aİ) İranın nüvə proqramı üzrə İsveçrənin Montre şəhərində keçirilən görüşü konstruktiv və faydalı adlandırıb.

Yenicag.az anspress- istinadən bildirir ki, bu barədə Avropa xarici siyasət xidməti tərəfindən yayılmış rəsmi məlumatda deyilir.

Bildirilir ki, görüşlər konstruktiv və faydalı idi. Müəyyən irəliləməyə və yaranmış bəzi məsələlərin ən yaxşı anlanılmasına nail olunmuşdur. Həmçinin vurğulanır ki, “Altılıq” və İran yaxın vaxtlarda danışıqları davam etdirmək niyyətindədir.

İranın xarici işlər nazirinin müavini Abbas Arakçi daha əvvəl bildirib ki, İran və beynəlxalq vasitəçilər Tehranın nüvə proqramı üzrə aparılan danışıqlarda böyük irəliləyişə nail olacaqlar.

www.yenicag.az

432