!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Aİ ölkələrinin sanksiyalar qərarına Rusiyadan reaksiya

!Reklam – Yazi

Avropa İttifaqına (Aİ) üzv dövlətlər Rusiyaya qarşı 9-cu sanksiyalar paketinin tətbiqi ilə bağlı konsensusa gəliblər. Budəfəki sanksiyalar paketinə 200dən çox şəxs və şirkətlər salınıb.

Dərc olunan qərarda yeni sanksiyalar Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünün davam etdirilməsi ilə əlaqələndirilib: “Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəni davam etdirməsinə cavab olaraq, eyni zamanda, mülki əhaliyə və infrastruktura yönəlik hücmalrın genişlənməsini nəzərə alaraq, Rusiyaya və onun hökumətinə qarşı doqquzuncu sanksiya zərfini təsdiqləyib”. Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Jozep Borrel isə bildirib ki, qurum Rusiya iqtisadiyyatına və hərbi əməliyyatların alovlanmasında rolu olanlara qarşı sanksiya hücumlarına ara verməyəcək. Qeyd olunur ki, yeni sanksiyalar Rusiyanın hərbi təcavüzü davam etdirmək imkanlarının məhdudlaşdırılmasına hədəflənib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Aİ-nin qərarından sonra verdiyi açıqlamada Moskvanın cavab vermədən əvvəl paketin təfərrüatlarını araşdıracağını bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə bildirib ki, Aİ-nin tətbiq etdiyi hər hansı yeni sanksiyalar paketindən asılı olmayaraq, cavabımız uzun sürməyəcək”.

“Bizə qarşı istənilən düşmən hücumlarına cavab verməyə davam edəcəyik. Aİ-nin təhrik edilmiş qeyri-qanuni hərəkətlərinə görə bütün məsuliyyət, qlobal ərzaq, enerji və iqtisadi problemlərin kəskinləşməsi riskləri yalnız Brüsselin, onun Vaşinqton və Londondakı siyasi sponsorlarının üzərinə düşəcək”.

Qeyd edək ki, keçən həftə AB Komissiyası tərəfindən hazırlanan 9-cu sanksiya paketi təklifində Rusiya Silahlı Qüvvələri, müdafiə sənayesi şirkətləri, Dövlət Duması və Federasiya Şurasının üzvlərindən bəzi adların da daxil olduğu 200-ə yaxın adam və təşkilatın sanksiya siyahısına əlavə edilməsi də yer alıb. Bundan əlavə təkliflər paketində nazirlər, qubernatorlar, siyasi partiyaların olduğu da deyilir. Bundan başqa, ikili təyinatlı məhsulların ixracına məhdudiyyətlər qoymaq və Rusiyanın bütün növ pilotsuz uçuş aparatlarına (PUA) çıxışının qarşısını almaq üçün PUA mühərriklərinin birbaşa Rusiyaya və bu ölkəni PUA ilə təmin edən İran kimi üçüncü ölkələrə ixracına qadağa qoyulması, həmçinin Rusiyada yeni mədən investisiyalarının qadağan edilməsi təklif edilib.

www.yenicag.az

395
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv